“Scandinavian Airlines”ın təyyarəsi Bakıya təcili eniş edib
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib
“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.
Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.