Suriya Hava Yollarının 12 ildən sonra Türkiyəyə ilk uçuşu
Dəməşq Beynəlxalq Hava Limanından qalxan təyyarə İstanbul Hava Limanına istiqamət alıb

Suriya Hava Yolları 12 ildən sonra İstanbula ilk uçuşunu həyata keçirib.
Dəməşq Beynəlxalq Hava Limanından qalxan təyyarə İstanbul Hava Limanına istiqamət alıb.
Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başladıqdan sonra dayandırılan Dəməşq-İstanbul reysləri 12 ildən sonra bərpa edilib.