XƏBƏRLƏR / Nəqliyyat

“AZAL”ın Tel-Əviv, Dubay və Tehran reysləri ləğv edilib

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib

“AZAL”ın Tel-Əviv, Dubay və Tehran reysləri ləğv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reysləri ləğv edilib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

    Məlumata əsasən

    Bakı – Tel-Əviv – Bakı

    J2 021/022 (13 iyun)

    J2 321/322 (13 iyun)

    J2 021/022 (14 iyun)

    Bakı – Dubay – Bakı

    J2 011/012 (13 iyun)

    Bakı – Tehran – Bakı

    J2 8017/8018 (13 iyun) reysləri ləğv edilib

    Qeyd olunub ki, uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.