XƏBƏRLƏR / Nəqliyyat

Qax–Balakən sahəsində qatarların hərəkəti məhdudlaşdırılıb

"Azərbaycan Dəmir Yolları" QSC xəbər verir

Qax–Balakən sahəsində qatarların hərəkəti məhdudlaşdırılıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

    "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

    Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 – 20 iyul tarixlərində Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

    Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.