Tokayev və Radev Astanada Orta Dəhlizi müzakirə ediblər
Qazaxıstan və Bolqarıstan prezidentləri Varna və Burqas limanlarının Orta Dəhlizə qoşulmasını müzakirə ediblər

Qazaxıstan və Bolqarıstan prezidentləri Orta Dəhlizi müzakirə ediblər
Bolqarıstanın Varna və Burqas limanları Orta Dəhlizin bir hissəsi ola bilər. Bu barədə razılıq Bolqarıstan və Qazaxıstan prezidentləri Kasım-Jomart Tokayev və Rumen Radev arasında bu gün Astanada keçirilən danışıqlardan sonra əldə olunub.
Tokayev qeyd edib ki, bu istiqamətdə fəaliyyəti aktivləşdirmək üçün iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Bolqarıstan hökumətlərarası komissiyasının mexanizmlərindən səmərəli istifadə etmək lazımdır və komissiya çərçivəsində nəqliyyat və logistika sektorunda əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılmasını təklif edib.
Bundan əlavə, dövlət başçıları Orta Dəhlizin inkişafı üçün Qazaxıstan və Bolqarıstanın coğrafi mövqeyindən maksimum istifadənin zəruriliyini vurğulayıblar.