XƏBƏRLƏR / Nəqliyyat

Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb

Bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkətinə istinadən xəbər verir

Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) vasitəsilə konteyner yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çox olub.

    Bu barədə “Qazaxıstan Dəmir Yolları” şirkəti xəbər verir.

    TBNM Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir. Bu ilin yanvar-iyul aylarında TBNM ilə 2,5 milyon ton yük daşınıb. Qazaxıstanın Nəqliyyat Nazirliyi bu il Orta Dəhlizlə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.