Rusiya hava məkanındakı vəziyyət Bakı reyslərinə təsir edib
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı məlumat verib
Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında bildirilir ki, Moskvanın Vnukovo hava limanından Bakıya uçan UTair aviaşirkətinin UT 745 reysinin vəziyyəti bəlli deyil. Əvvəllər müəyyən edilmiş cədvələ əsasən, təyyarənin yerli vaxtla saat 14:05-də Bakıya enməsi planlaşdırılırdı.
Moskvanın Şeremetyevo hava limanından Bakıya uçan Aeroflot aviaşirkətinin SU 1854 reysinin vəziyyəti də bəlli deyil. Bu reysi yerinə yetirən təyyarənin yerli vaxtla saat 14:30-da Bakıya enməsi planlaşdırılırdı.
Moskvanın Domodedovo hava limanından Bakıya uçan AZAL J2 182 reysinin vəziyyəti də bəlli deyil. Bu reysi yerinə yetirən təyyarənin yerli vaxtla saat 17:05-də Bakıya enməsi planlaşdırılırdı.
Rusiya mediasının məlumatına görə, gecə dron hücumu səbəbindən Moskva hava limanlarında 100-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. Hazırda Şeremetyevoda 59 gecikmə var.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Rusiyanın hava məkanı daha təhlükəsiz olmayacaq" bəyanatı ilə çıxış etmişdi.
1 dəqiqə