XƏBƏRLƏR / Nəqliyyat

"Azneft" dairəsinin asfalt örtüyü dəyişdirilir, yol bağlanır

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər

"Azneft" dairəsinin asfalt örtüyü dəyişdirilir, yol bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

    "Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", deyə DYP əməkdaşı bildirib.