COP29 vaxtı rayon maşınları Bakıya buraxılacaq?
Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi aydınlıq gətirir
Rayon qeydiyyatı olan avtonəqliyyat vasitələrinin COP29 tədbiri zamanı Bakıya girişinə heç bir məhdudiyyıt qoyulmayacaq.
Bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin rəisi müavini Namidan Piriyev deyib.
O bildirib ki, həmin nəqliyyat vasitələri postlarda saxlanılıb bir-bir yoxlanılmayacaq.