XƏBƏRLƏR / Nəqliyyat

Ağdama qatar biletləri bu gündən satışa çıxarılıb

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb

Ağdama qatar biletləri bu gündən satışa çıxarılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bildirilib ki, ADY 30 avqustdan etibarən Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə start verir.

    Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.

    Hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:10-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.

    Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə biletlərin minimum qiyməti 12,80 manatdır.