Bakıda TRİPP-i müzakirə edən ABŞ heyəti İrəvana yollanır
Bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat verib
ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyyəti Bakıdan Ermənistana səfər edəcək.
Bu barədə ABŞ-ın İrəvandakı səfirliyi məlumat verib.
Qeyd edək ki, dünən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektor nümayəndələrinin ölkəmizdə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Yeri gəlmişkən, 13-14 yanvar tarixlərində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da işgüzar səfərdə olacaq.
Səfər zamanı ABŞ dövlət katibi Marko Rubio ilə görüş planlaşdırılır. TRIP-in tətbiq çərçivəsi ilə bağlı Birgə Bəyanatın qəbul edilməsi gözlənilir.
1 dəqiqə