XƏBƏRLƏR / Nəqliyyat

AZAL da İrana reyslərini ləğv etdi

Şirkət yaranmış narahatlığa görə üzr istəyir

AZAL da İrana reyslərini ləğv etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.

    Bu marşrut üzrə uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq və dərhal sərnişinlər məlumatlandırılacaq.

    AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir.

    "Bildirək ki, uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

    Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər".

    Qeyd edək ki, bundan əvvəl Türk Hava Yolları, Seperhan Airlines və Ata Airlines Tehrana uçuşlarını ləğv ediblər.