XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Tbilisi sərnişin qatarının bərpası təxirə salınır

“Sputnik Georgia” xəbər verir ki, məlumatı Gürcüstan Dəmir Yolları yayıb

Bakı-Tbilisi sərnişin qatarının bərpası təxirə salınır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.

    “Sputnik Georgia” xəbər verir ki, məlumatı Gürcüstan Dəmir Yolları yayıb.

    Bildirilib ki, Bakı və Tbilisi arasında sərnişin qatarının bərpası üzrə işlər davam edir, lakin sərnişin daşımaların bərpa olunacağı tarix daha sonra açıqlanacaq.

    Qeyd edək ki, daha əvvəl reyslərin 1 may tarixində bərpa ediləcəyi açıqlanmışdı.