XƏBƏRLƏR / Nəqliyyat

Dubaydan İrana 17 reys ləğv edilib

Bu barədə "Al Arabiya" Dubay hava limanlarının məlumatlarına istinadən bildirib

Dubaydan İrana 17 reys ləğv edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dubay və bəzi İran şəhərləri arasında Tehran, Şiraz və Məşhəd də daxil olmaqla bu günə planlaşdırılan "Flydubai" aviaşirkətinin ən azı 17 reysi ləğv edilib.

    Bu barədə "Al Arabiya" Dubay hava limanlarının məlumatlarına istinadən bildirib.

    Məlumata görə, ləğv səbəbi göstərilmir, lakin bu etiraz aksiyalarının genişlənməsi səbəbindən İranda internet bağlantısının olmaması ilə əlaqədar ola bilər.

    Bundan əlavə, Həməd Beynəlxalq Hava Limanının saytında bu günə planlaşdırılan Doha (Qətər) və Tehran arasında ən azı iki reysin ləğv edildiyi göstərilib.

    Daha əvvəl "Turkish Airlines" şirkətinin İstanbuldan Tehrana və əks istiqamətdə reysləri ləğv etdiyi barədə məlumat verilmişdi.

    Türkiyə KİV-i bildirib ki, "Turkish Airlines" aviaşirkəti 17 reys, "Ajet" altı reys, "Pegasus Airlines" isə bu gün İran şəhərlərinə bütün reysləri ləğv edib.

    Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırılan reysi ləğv edib.