XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan Dəmir Yolları bu il 7 mln çox sərnişin daşıyıb

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib

Azərbaycan Dəmir Yolları bu il 7 mln çox sərnişin daşıyıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-oktyabr aylarında ADY-nin qatarları ilə 6,9 milyondan çox sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23% çoxdur.

    Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

    Məlumata görə, 2023-cü və 2024-cü illərin oktyabr ayında daşınan sərnişin sayında isə bu il 24% artım qeydə alınıb.

    Qeyd edək ki, 2023-cü ildə ADY dəmir yolları tarixində ilk dəfə olaraq 7 milyon sərnişin daşımağa nail olub.