XƏBƏRLƏR / Nəqliyyat

"Bolt" şirkətinin sürücüləri etiraz aksiyası keçirib

Etirazçılardan bir neçəsini  "Bolt" şirkətində  qəbul ediblər

"Bolt" şirkətinin sürücüləri etiraz aksiyası keçirib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Bolt" taksi xidməti şirkətilə əməkdaşlıq edən sürücülər aprelin 13-də şirkətin qarşısında etiraz aksiyası keçiriblər. Onlar qiymətlərin aşağı və buna görə də  gəlirlərinin az olduğundan şikayət edirlər.

    "60-80 qəpik gediş haqqı olar? Taksi avtobusdan ucuzdur. 9 kilometr üçün 2 manat 10 qəpik yazır. 200 kilometr sürsəm qazancım 30-35 manat olur. Onun hələ benzini, ehtiyat hissələri var. Hər şeyin qiyməti qalxıb. Ən ucuz motor yağı 60 manatdır. Bundan əlavə,  şirkət hər gedişdən  20 faiz komision tutur", - aksiya iştirakçılarından biri deyib.

    Etirazçılardan bir neçəsini  "Bolt" şirkətində  qəbul ediblər və  bildiriblər ki, onların tələbləri  xaricdə yerləşən baş ofisə  çatdırılacaq və qiymətlər tənzimlənəcək. Bu barədə digər aksiya iştirakçısı bildirib. 

    "Bolt Services Az" şirkətindən şərh almaq mümkün olmayıb (Turan).