Metronun "qırmızı" xəttində qatarlarda gecikmələr yaranıb
Buna elektrik xəttində gərginliyin azalması səbəb olub
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, Bakı Metropoliteninin “qırmızı” xəttində elektrik xəttində gərginliyin azalması nəticəsində qatarlarda gecikmələr yaranıb.
“Xəttin hissələrində qatar intervalında 1-2 dəqiqə gecikmələr olub. Hazırda qatarların hərəkəti qrafikə uyğun tənzimlənir. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirlər görülüb”, - deyə idarədən bildirilib.