XƏBƏRLƏR / Nəqliyyat

Sabahdan "İpək yolu"nda sürət həddi dəyişdirilir

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib

Sabahdan "İpək yolu"nda sürət həddi dəyişdirilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə iyulun 30-dan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan dairəsindən başlayaraq Ələt qəsəbəsində yerləşən “Azpetrol” YDM-ə kimi olan 50 kilometrlik sahəsində hərəkətin maksimum sürət həddi 110 km/saat-dan 90 km/saat-a endiriləcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Bununla yanaşı, sözügedən avtomobil yolunun üzərində eynisəviyyəli nizamlanmayan piyada keçidlərinin yerləşdiyi ərazilərdə maksimum hərəkət sürətinin 70 km/saat həddinə endirilməsi nəzərdə tutulur.

    Hazırda qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması işləri aparılır.