XƏBƏRLƏR / Nəqliyyat

Bakıdan Dehliyə gedən təyyarə geri qayıtdı

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib

Bakıdan Dehliyə gedən təyyarə geri qayıtdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

    Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

    Təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.

    Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.