XƏBƏRLƏR / Nəqliyyat

Akademik Zərifə Əliyeva küçəsi bağlanır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edir

Akademik Zərifə Əliyeva küçəsi bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Paytaxtın Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edir.

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, küçənin Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinədək olan hissəsinə yeni asfalt örtüyünün döşənməsi ilə əlaqədar ( Sahil metrosunun yaxınlığında), bu hissədə küçələrin hərəkəti məhdudlaşdırılacaq.

    “Asfalt salınması işləri həftənin sonuna kimi davam edəcək, daha sonra burada yeni lyuklar quraşdırılacaq. Bütün işlərin bazar ertəsi, avqustun 21-dək başa çatdırılması planlaşdırılır.

    Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə - Rəşid Behbudov küçəsi ilə kəsişmədən düz əvvəl, “Sahil” metrostansiyasının yanından Zərifə Əliyeva küçəsinə və daha sonra “Azneft” dairəsinə gedən yoldan istifadə etməlidirlər.

    Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə Araz Əsgərli vurğulayıb.