XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycan-Əfqanıstan əməkdaşlığı müzakirə edilib

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib

Azərbaycan-Əfqanıstan əməkdaşlığı müzakirə edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan və Əfqanıstan arasında "Lapis Lazuri" marşrutu çərçivəsində əməkdaşlıq müzakirə edilib.

    Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində bildirib.

    "Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapis Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq", - deyə o qeyd edib.