İran təyyarələri artıq Avropaya buraxılmır
Avropa İttifaqı İran aviaşirkətlərinə yeni sanksialar tədbiq edib
İranın Avropa Birliyinə uça bilən yeganə aviadaşıyıcısı olan Iran Air, Avropa İttifaqının (Aİ) yeni sanksiyalarından sonra Avropaya uçuşları dayandırır. Bu barədə İran Hava Daşıyıcıları Assosiasiyasının direktoru Maqsud Əsədi Samani məlumat verib.
“Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət "İran Air" idi və Aİ-nin “Iran Air”ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra heç bir İran təyyarəsi Avropaya uçmayacaq”, - deyə ILNA agentliyi onun sözlərini sitat gətirib.