Domodedovo və Vnukovo aeroportlarında uçuşlar dayandırılıb
Bu barədə aviasiya xidmətləri məlumat yayıb
Rusiyanın paytaxtı Moskvanın Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.
TASS xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.
“Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - deyə mənbə bildirib.
Belə ki, “Flightradar” xidmətinin məlumatına görə, təyyarələr Şeremetyevoya yönləndirilib, bəzi təyyarələr Ryazan vilayətində gözləmə zonasındadır.