Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacağıq
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib
Türkiyə tərəfi yaxın aylarda Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərə başlayacaq.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.
O, Azərbaycan tərəfinin artıq bununla bağlı işlərə davam etdiyini qeyd edib:
“Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik”.