XƏBƏRLƏR / Nəqliyyat

“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub

Şərqi Azərbaycan valisinin iştirakı ilə Təbrizdən Bakıya və əks istiqamətdə hava hərəkətinin bərpası ilə bağlı təntənəli mərasim keçirilib

“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub.

    IRNA xəbər verir ki, Təbriz Hava Limanında bununla bağlı mərasim keçirilib.

    Tədbirdə Şərqi Azərbaycan əyalətinin qubernatoru və əyalətin rəhbər şəxsləri iştirak edib.

    Şərqi Azərbaycan valisinin iştirakı ilə Təbrizdən Bakıya və əks istiqamətdə hava hərəkətinin bərpası ilə bağlı təntənəli mərasim keçirilib.

    Qubernator vurğulayıb ki, uzun fasilədən sonra hava hərəkətinin bərpası prezident Məsud Pezeşkianın Azərbaycana səfərinin nəticələrindən biridir.

    O, Azərbaycanla digər birgə layihələrin, o cümlədən Ağbənd-Kələlə keçid məntəqəsinin və Kələlə-Colfa yolunun tikintisinin də həyata keçirilməsinin vacibliyini qeyd edib.