XƏBƏRLƏR / Nəqliyyat

Bakıya yeni elektrobusların ilk partiyası gətirilib

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər

Bakıya yeni elektrobusların ilk partiyası gətirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb.

    Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.

    “Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub” - məlumatda deyilir.

    Qeyd edək ki, avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.