XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb

AYNA xəbər verir

Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini iyunun 13-də dayandırıb.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın 141 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.