XƏBƏRLƏR / Nəqliyyat

Neftçilər prospektinin bir hissəsi bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq edir

Neftçilər prospektinin bir hissəsi bağlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçilər prospektinin Bakı Dəniz Vağzalından Yusif Səfərov küçəsinə qədər olan hissəsində yol-cizgi xətlərinin çəkilməsi işlərini həyata keçirəcək.

    Bildirilir ki, hərəkətin intensivliyi nəzərə alınaraq, işlər gündüz və gecə növbəli aparılacaq.

    Üfüqi nişanlanma xətlərinin çəkilişi avqustun 30-u saat 10:00-dan 16:00-dək və avqustun 30-u saat 23:00-dan avqustun 31-i saat 05:00-dək aparılacaq. Bununla əlaqədar olaraq müəyyən zolaqlar üzrə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.