Qətər, Küveyt, Bəhreyndəki vətəndaşlarımız təxliyə ediləcək
Ciddədən təşkil olunan reys haqqında xarici işlər naziri Ceyhun Bayramov məlumat verib
“Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Qətərdə qalan Azərbaycan vətəndaşları var idi: “7 martda Qətərdə qalan vətəndaşlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə də qalan insanlar var, onların da hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.
Nazir bildirib ki, səfirlik və konsulluqlara olan müraciətlərin sayı 1000 civarındadır: “Əsas 5 ölkə - BƏƏ, Səudiyyə, Qətər, Bəhreyn və Küveytdə 1000-ə yaxın vətəndaşımızdan müraciətlər almışıq
1 dəqiqədən az