XƏBƏRLƏR / Nəqliyyat

AZAL Dubaya uçuşları bərpa edir

Fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən hava məkanında məhdudiyyətlər tətbiq olunmuşdu

AZAL Dubaya uçuşları bərpa edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay .əhətrinə uçuşlara yenidən başlayır.

    Bu barədə AZAL xəbər verir.

    Bildirilib ki, Dubay istiqaməti üzrə reyslərə 15 maydan etibarən start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.

    Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Dubay istiqaməti üzrə uçuşları dayandırmışdı.