Bakı-Tibilisi-Qars dəmir yolu genişləndirilir
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib
Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin genişləndirilməsi işləri yekunlaşmaq üzrədir.
Bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Bakı-Tibilisi-Qars dəmiryolunun daha da genişləndirilməsinə qərar verilib. Bu işlər də yekunlaşmaq üzrədir”, - nazir müavini qeyd edib.
O bildirib ki, qarşıdakı illərdə infrastrukturla bağlı bir sıra həllər dayanır. Dəmir yolları ilə bağlı olaraq da müəyyən hədəflər var.
“Xüsusi olaraq qeyd edim ki, Osmanlı-Astara istiqamətində dəmiryollarının yenilənməsi də əsas hədəflərdən biridir”, - Rəhman Hümmətov əlavə edib.