Overçuk Bakı və İrəvandan olan həmkarlarına təşəkkür edib
Bu barədə Rusiya mətbuatı xəbər verir
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk dəmir yolunun açılmasında göstərdikləri səylərə görə Ermənistan və Azərbaycandan olan həmkarlarına təşəkkür edib:
"Həmkarlarıma - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevə və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryana - Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması üçün birgə səylərinə, eləcə də Gürcüstana bu marşrut üzrə daşımaların təşkilində konstruktiv iştirakına görə təşəkkür etmək istəyirəm".
1 dəqiqədən az