XƏBƏRLƏR / Nəqliyyat

Bakıdan Hindistanın Mumbay şəhərinə olan reys təxirə salınıb

AZAL xəbər verir

Bakıdan Hindistanın Mumbay şəhərinə olan reys təxirə salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.

    AZAL-dan bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

    Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.

    “AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq”, - deyə məlumatda bildirilir.