XƏBƏRLƏR / Nəqliyyat

"Xocalı" gəmisi ABŞ-ın Santa Rosalia limanına yük çatdırıb

Bu barədə ASCO xəbər verir

"Xocalı" gəmisi ABŞ-ın Santa Rosalia limanına yük çatdırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” QSC-nin (ASCO) “Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-ın Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına çatdırıb.

    ASCO xəbər verir ki, yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və o, növbəti yükünü götürmək üçün ABŞ-ın Portland limanına istiqamətlənib.

    Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.

    Məhdudiyyətsiz üzmə imkanlarına malik "Xocalı" gəmisinin dedveyti 38 593 tondur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu 10,47 metr, maksimum sürəti isə 15,7 uzeldir. Maksimum yük götürməklə suya oturumu onun bir çox dayaz limanlara rahatlıqla daxil olmasına şərait yaradır.