Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana uçuşlar və geri dönüş üçün Ermənistana 90 min avro ödəniş edib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Məlumata görə, Azərbaycan aviaşirkətləri 2021-ci ilin oktyabrından bəri Ermənistanın hava məkanından uçuşlar həyata keçirir.
Xatırladaq ki, bundan əvvəl Naxçıvana uçuşlar İranın hava məkanı üzərindən gerçəkləşdirilirdi.