Azərbaycan Dəmir Yolları qitələri birləşdirir
"ADY Konteyner" Asiya limanlarını Avropa limanı ilə birləşdirəcək layihəyə start verir
"ADY Konteyner" Aktau və Türkmənbaşı limanlarını Konstansa limanı ilə birləşdirəcək layihəyə start verir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi – “ADY Konteyner” MMC dünyanın ən böyük gəmiçilik şirkətlərindən biri olan “COSCO Shipping Lines” ilə əməkdaşlıq çərçivəsində Qazaxıstanın Aktau və Türkmənbaşı limanlarını Rumıniyanın Konstansa limanı ilə birləşdirən yeni xidmətə başlayır.
Bu barədə "ADY Container" məlumat yayıb.
Birgə layihə çərçivəsində "ADY Konteyner" Aktau və Türkmənbaşı limanlarından konteyner qatarlarını Xəzər dənizindən keçməklə, daha sonra dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdıracaq. Konteynerlər Batumidən Rumıniyanın Konstansa limanına COSCO Shipping Lines tərəfindən təqdim edilən gəmilərdə daşınacaq.
Aktau və Türkmənbaşı limanları ilə Konstansa limanı arasında mövcud çətin vəziyyətdə yeni dəmir yolu-dəniz əlaqəsi təchizat zəncirinin bütövlüyünü təmin edəcək və Çin ilə Mərkəzi Asiya və Avropa arasında sürətlənmiş yükdaşımalara şərait yaradacaq.