XƏBƏRLƏR / Nəqliyyat

“Türk Hava Yolları” Tel-Avivə reyslərini dayandırdı

Bu barədə aviaşirkətin sosial media hesabı vasitəsilə bildirilib

“Türk Hava Yolları” Tel-Avivə reyslərini dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Türk Hava Yolları” aviaşirkəti İsrailin Tel-Aviv şəhərinə olan bütün səfərlərini müvəqqəti dayandırıb.

    Bu barədə “Türk Hava Yolları”nın media müşaviri Yahya Üstün sosial media hesabı vasitəsilə bildirib.

    Məlumatda qeyd edilib ki, səfərlər HƏMAS radikal təşkilatı silahlılarının Qəzza zolağından İsrailə hücumu nəticəsində bölgədə yaranan mövcud vəziyyətlə əlaqədar olaraq növbəti elana qədər təxirə salınır.