XƏBƏRLƏR / Nəqliyyat

AZAL Tel-Əvivə uçuşları bərpa edir

Fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən hava məkanında məhdudiyyətlər tətbiq olunmuşdu

AZAL Tel-Əvivə uçuşları bərpa edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Tel-Əviv şəhərinə uçuşları bərpa edir.

    Bu barədə AZAL xəbər verir.

    Bu istiqamət üzrə reyslərə 3 maydan start verilir. Uçuşlar hər gün həyata keçiriləcək.

    Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Tel-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı.