XƏBƏRLƏR / Nəqliyyat

Tətillərdə regionlara dəmir yolu ilə əlavə reyslər olacaq

“Azərbaycan Dəmir Yolları” QSC yeni il tətilində regionlara əlavə reyslər təşkil edir SİYAHI

Tətillərdə regionlara dəmir yolu ilə əlavə reyslər olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni il tətilində regionlara əlavə reyslər təyin edir.

    ADY-dən verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.

    Məlumata görə, Bakı-Qəbələ-Bakı marşrutu üzrə 30 dekabr - 6 yanvar tarixlərində qatar hər gün Bakı Dəmiryol Vağzalından Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

    Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.