Bakı-Tbilisi-Bakı qatarı nə vaxtdan hərəkətını bərpa edəcək?
ADY-nin Sərnişin daşımaları departamenti məsələyə aydınlıq gətirib

Bakı-Tbilisi-Bakı dəmir yolu reysinin açılması ilə bağlı hələ qərar yoxdur.
Bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov, reysin bu ilin 1 may tarixindən açılması ilə bağlı Gürcüstan tərəfinin yaydığı məlumat barədə sualını cavablandırarkən deyib.
"Açılış barədə xəbər yoxdur. Qonşu tərəf bununla bağlı bir açıqlama etmişdı amma, gördüyüz kimi, bizim mətbuatda bununla bağlı xəbər yoxdur və biz də bununla bağlı məlumat gözləyirik", - Azər Fərəcov qeyd edib.