XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi 3 gün bağlı olacaq

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi 3 gün bağlı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah saat 06:00-dan avqustun 16-sı saat 19:00-a qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.

    "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.