Azərbaycan ərazisindən Ermənistana buğda göndərilib
Bu gün 5 vaqon buğda yola salınıb YENİLƏNİB
11:00
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana 350 ton buğda göndərilib.
Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir.
***
10:25
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.
Bu gün 5 vaqon buğda Ermənistana yola salınacaq.
Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir.
1 dəqiqədən az