XƏBƏRLƏR / Nəqliyyat

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi - saatda 20 km

Bu Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədardır

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi - saatda 20 km
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub.

    "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir",- deyə məlumatda qeyd edilib.