XƏBƏRLƏR / Nəqliyyat

Sabah mərkəzi küçələrdən birinin bir hissəsi bağlanır

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib

Sabah mərkəzi küçələrdən birinin bir hissəsi bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 13-də saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Qeyd edək ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.