XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycandan keçməklə İrəvana 7 vaqon taxıl göndərilib

Məlumatı Azərbaycan Dəmir Yolları QSC-dən verilib

Azərbaycandan keçməklə İrəvana 7 vaqon taxıl göndərilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl göndərilməsi nəzərdə tutulur.

    Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndəriləcək.

    Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.