XƏBƏRLƏR / Nəqliyyat

AZAL Londonun Qatvik hava limanına uçuşlara başlayıb

AZAL Bakı ilə London arasında həftədə 6 uçuş həyata keçirəcək

AZAL Londonun Qatvik hava limanına uçuşlara başlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Martın 17-dən AZAL Hava Yolları Bakıdan Londonun digər hava limanına - Qatvikə uçuşlar yerinə yetirməyə başlayıb.

    “Azərbaycan Hava Yollarının London Qetvik hava limanında ilk uçuşunun qarşılanma mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Qatvik Hava Limanının Aviasiya inkişafı üzrə vitse-prezidenti Stefani Ueyr, aviaşirkətin əməkdaşları və iki ölkənin digər rəsmiləri iştirak ediblər. Bu barədə aviaşirkətin açıqlamasında bildirilir.

    AZAL Bakıdan Qatvik hava limanına həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri həyata keçirəcək.

    Xəbər verdiyimiz kimi, yeni marşrutun fəaliyyətə başlaması ilə AZAL Bakı ilə London arasında həftədə 6 uçuş həyata keçirəcək.

    “Bakı ilə London arasında uçuşların tezliyinin artırılması qərarı artan tələbatı ödəmək üçün qəbul edilib. Bu, həm də aviaşirkətin uçuş coğrafiyasını genişləndirmək strategiyasına uyğundur”, - AZAL qeyd edir.