Nyu-York metrosunda silah detektorları quraşdırılacaq
Bu barədə Nyu-York meri Erik Adams məlumat verib
Nyu-York metrosunda odlu silahları aşkar edən detektorlar quraşdırılacaq.
Bu barədə Nyu-York meri Erik Adams məlumat verib.
Artıq metro stansiyalarının birində bu sistem jurnalistlərin iştirakı ilə test edilib. Şəhər bələdiyyəsinin qərarı qüvvəyə mindikdən sonra polis metro stansiyalarına səyyar skanerlər yerləşdirməyə başlayacaq. Şəhər rəhbərliyi bu addımı metroda silahlı insidentlərin sayı artdığı üçün atıb.
2022-ci ildə Nyu-York ştatının rəhbərliyi ictimai nəqliyyatda odlu silah gəzdirməyi qadağan etdi. Silah gəzdirənlərin hüquqlarını müdafiə edənlər bu qanunu Konstitusiyaya zidd hesab edərək şikayət verdilər.
İlin əvvəlindən polis ictimai nəqliyyatda 19 odlu silah müsadirə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.