Pakistanda qatar relsdən çıxıb, 30 nəfər ölüb
Bu barədə “Geo News” məlumat verib
Pakistanın cənubunda sərnişin qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
“Geo News”un verdiyi məlumata görə, Sind vilayətində Navabşax şəhəri yaxınlığında Kəraçidən Abbotabada gedən qatarda 10 vaqonun relsdən çıxması nəticəsində ən azı 80 sərnişin də xəsarət alıb.