Moskva yolların açılması üçün Bakı və İrəvanla daim danışır
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib
"Moskva Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrini açmaq üçün Bakı və İrəvanla demək olar ki, hər gün əlaqə saxlayır", - Rusiya baş nazirinin müavini Aleksey Overçuk "RİA Novosti"yə bildirib.
“Rusiya danışıqlarda iştirak edir, həll yollarını təklif edir, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında ünsiyyəti təmin edən dialoq platformasıdır. Mən heç vaxt yolların açılmasının nə vaxt baş verəcəyi və nə qədər tez və ya gec sualına heç vaxt cavab vermirəm. Tərəflər nə vaxt razılaşsa, o vaxt bu baş verəcək ", - Overçuk deyib.