Taksi qiymətləri qalxacaq
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib
Taksi sahəsində yeni qanunun tənzimlənməsindən sonra qiymətlər qalxacaq.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Dünyanın heç bir yerində bu qədər taksi xidməti yoxdur. Ona görə də artım gözlənilir”,- deyə nazir vurğulayıb.
"Təxminən ilin sonuna qədər 60-a yaxın qısa zolaqların çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Bizim hazırda əsas məqsədimiz sərnişinlərin A nöqtəsindən B nöqtəsinə rahat və təhlükəsiz çatdırılmasıdır", - Rəşad Nəbiyev əlavə edib.
Xatırladaq ki, komitənin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər müzakirə edilir.